Fransa Fələstin sammiti keçirir
Tarix: 3-06-2016, 09:53 | Çap et
Fransa Fələstin sammiti keçirir
İyunun 3-də böyük dövlətlərin xarici işlər nazirləri Fransada yığışır, məqsəd İsrail-Fələstin danışıqlarını qlobal gündəmə qaytarmaqdır.

İki ildir danışıqlar dayanıb, Vaşinqton indi də diqqətini builki prezident seçkisinə yönəldib. Fransa əsas oyunçuların durğunluğu tərpətməsinə çalışır. İsrail-Fələstin münaqişəsinin “iki dövlət həlli”nə doğru heç bir irəliləyiş yoxdur. Son danışıqlar 2014-cü ilin aprelində keçirilib.

“Bilirik ki, İsrail və fələstinlilər dərhal sülhə gəlməyəcəklər, ancaq tərəfləri danışıqlar masasına oturtmaqdan ötrü uyğun şərait yaratmaq istəyirik”, bir fransalı diplomat “Reuters” agentliyinə deyib.

Paris görüşündə Birləşmiş Ştatlar, Avropa Birliyi, BMT, eləcə də Ərəb Liqası, BMT-nin Təhlükəsizlik Şurası və 20-dək ölkə iştirak edir.

Görüşə İsrail, yaxud fələstinlilər dəvət olunmayıb. İsrail əslində Fransanın təşəbbüsünə qarşı çıxır və İsraillə fələstinlilər arasında birbaşa danışıqlara üstünlük verir.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net