Tərtərin icra başçısı fərqlənən şagirdlərlə görüşdü
Tarix: 19-05-2016, 15:23 | Çap et
Tərtərin icra başçısı fərqlənən şagirdlərlə görüşdü
Bakı şəhərində keçirilmiş fənn olimpiadasının respublika turunda rayonumuzu beş məktəbli təmsil etmişdir. Onlardan üç nəfəri tarix fənni üzrə uğurlu nəticələr əldə etmişlər. Cəmilli kənd tam orta məktəbin X sinif şagirdi Qurbanov Cümşüd Habil oğlu II yerə, şəhər 2 saylı məktəb-liseyin IX sinif şagirdi Kərimova Nuranə Elçin qızı və Dəmirçilər kənd tam orta məktəbin IX sinif şagirdi Bayramova Kubra Talıb qızı III yerə layiq görülmüşlər.

Bu münasibətlə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov məktəbliləri qəbul etmişdir.

Vertikal.az xəbər verir ki, rayon rəhbəri məktəbliləri təbrik etmiş, onlara təhsildə yeni-yeni müvəffəqiyyətlər arzulamışdır. Sonra qaliblərə və onların müəllimlərinə qiymətli hədiyyələr və pul mükafatları təqdim edilmişdir.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net