“Bu körpə ilə 4 il əvvəl...” - “Viaqra” solisti Səmradan yazdı
Tarix: 12-05-2016, 10:24 | Çap et
“Bu körpə ilə 4 il əvvəl...” - “Viaqra” solisti Səmradan yazdı
“Mən sakitcə oturub “Eurovision”a baxırdım. Birdən təsadüfi olaraq Səmra qarşıma çıxdı. Bu körpə ilə 4 il əvvəl “X factor” müsabiqəsində iştirak etmişik”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Rusiyanın məşhur “Viaqra” qrupunun solisti Anastasiya Kojevnikova bildirib.

Müğənni instaqramda “Eurovision” təmsilçimiz Səmra Rəhimli barədə fikirlərini qeyd edib:

“Seçim turu zamanı üçlükdə bir mahnı ifa etmişdik. Lakin müsabiqədən keçə bilmədik. Bilmirdim ki, o, bu il ölkəsini təmsil edir. Səmra, sən ağıllısan. Gözəl, sənə azarkeşlik edirəm”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net