Talış istiqamətində döyüşlər: düşmən itki verdi
Tarix: 12-05-2016, 10:15 | Çap et
Talış istiqamətində döyüşlər: düşmən itki verdi
Dağlıq Qarabağdakı qondarma rejimin “müdafiə nazirliyinin” yaydığı məlumata əsasən mayın 11-dən 12-nə keçən gecə təmas xəttinin şimal istiqamətində (Goranboy-Talış) gedən mövqe döyüşləri nəticəsində erməni işğalçı qüvvələri itki verib.

Virtualaz.org xəbər verir ki, minomyotların və qumbaraatanların da tətbiq olunduğu döyüşlər zamanı 1996-cı ildə anadan olmuş əsgər Armen Martirosyan ölümcül yara alıb.

Azərbaycan Müdafiə Nazirliyi isə bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində, o cümlədən Ermənistan-Azərbaycan dövlət sərhədi boyu ötən sutka ərzində atəşkəs rejimini ümumilikdə 130 dəfə pozub.

Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq düşmənin mövqeləri və səngərlərinə 136 dəfə atəş zərbəsi endirib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net