Ərdoğan 6 min nəfəri qızının toyuna çağırb
Tarix: 11-05-2016, 10:57 |
Çap et
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanin qızı Sürəyya Ərdoğanla iş adamı Səlçuk Bayraktarın nikah mərasiminə 6 min nəfər dəvət olunub.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, prezident qızının nikah şahidlərindən biri son günlər istefa verəcəyi ilə gündəmə gələn baş nazir Əhməd Davudoğlu olacaq.
Toyda cütlük haqda film izləniləcək. Gəlin və bəyin uşaqlıq şəkilləri, yaxın dostlarının və yaxınlarının onlar haqqında fikirləri yer alacaq.
Toyun baş tutacağı salon hazırda polis əməkdaşları tərəfindən mühafizə olunur. Toy günü Türkiyə polis gücləndirilmiş iş rejimində çalışacaq.
Qeyd edək ki, cütlüyün toy mərasimi 14 may tarixində İstanbulun ən böyük saraylarından biri olan Halkalıdakı Yəhya Kamal Beyatlı sarayında baş tutacaq.