Sekuta niyə cəbhə bölgəsinə getmədi? – ABŞ səfirliyindən AÇIQLAMA
Tarix: 11-05-2016, 10:20 | Çap et
Sekuta niyə cəbhə bölgəsinə getmədi? – ABŞ səfirliyindən AÇIQLAMA
Ötən həftə Azərbaycan Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə xarici ölkələrin Azərbaycandakı diplomatik nümayəndələri cəbhə bölgəsindəki rayon və kəndlərdə oldular.

ATƏT-in Minks qrupunun həmsədr ölkələrindən olan Rusiya səfiri Vladimir Doroxinin təmas cəbhə bölgəsinə getməsi xüsusilə diqqəti cəlb etdi. Lakin ABŞ və Fransa səfir səviyyəsində bu səfərdə iştirak etmədi. Məsələ ilə bağlı ABŞ-ın Azərbaycandakı səfirliyindən Modern.az saytına açıqlama verilib. “ABŞ səfirliyinin müdafiə attaşesi, polkovnik Keits Felter və Siyasi əlaqələri şöbəsinin rəhbəri Zia Syed bu səfərdə təmsil olunmuşdu. Bizim açıqlamamız bundan ibarətdir və artıq şərh vermək istəmirik”,-deyə bildirilib. Qeyd edək ki, Amerikanın Azərbaycandakı səfiri Robert Sekutadır.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net