Almaniyada ərəb qaçqınlarına ''eşqbazlıq'' kursları açıldı - gerçəyin üzü
Tarix: 10-05-2016, 10:42 | Çap et
Almaniyada ərəb qaçqınlarına ''eşqbazlıq'' kursları açıldı - gerçəyin üzü
Almaniyada son dönəmdə ölkəyə gələn yüz minlərlə gəncin cəmiyyətə inteqrasiya olunması üçün “flirt kursları”(el arasında buna sevgili olmanın yolları da deyilir-red.”) açılıb. Alman hökumətinin dəstəklədiyi kurslarda kişi miqrantlara qadınlara necə yaxınlaşmaq lazım olduğunu öyrədirlər. Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, ilk mərhələdə İngolstadt, Neuburg, Eyştat şəhərlərində açılan kurslarda miqrantlara eyni zamanda bəsit gigiyena qaydaları, gənc qadınlara müraciət formaları da öyrədilir. Kursun ən maraqlı dərsi isə miqrantlara “yox” sözünün həqiqətən də yox mənasına gəlməsi ilə bağlı olub.

Almaniyada yayımlanan Bayerischer Rundfunk televiziyası isə kursa baş çəkib və oradan reportaj yayımlayıb. Kursun müəllimlərindən biri, cinsi tərbiyə barədə mühazirə keçən Kristian Zeç bildirib ki, onların vəzifəsi özlərini miqrantlardan qorumaq yox, onlarla birgə yaşamağın yollarını axtarmaqdır. Onun sözlərinə görə, bir çox qaçqın qadınlara necə yaxınlaşacağını bilmir. Müəllimlərin kişi miqrantlara verdiyi əsas məsləhət isə budur: “Yavaş-yavaş, addım-addım irəliləyin. Çox israrçı olmayın. Qadından xoşunuz gəlir deyə dərhal üstünə hopppanmayın”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net