"ATV maqazin onlarla" verilişinin "Hit parad" rubrikasının növbəti qonağı müğənni Murad Arif olub.
Axşam.az-ın məlumatına görə, ifaçı həmkarı Kərim Abbasovu onluqdan uzaqlaşdırıb. O, K.Abbasovun mahnısını bəyənməyib:
"Hid-parad" dedikdə mənim ağlıma rok mahnılar gəlir. "Raqqada-çıqqada" mahnıların yeri yoxdur. Buradan Kərim "Səndən adam olmayacaq" mahnısı ilə çıxır. Başqa bir janr olmalıdır, istəsə Kərim bunu bacarar. Bu mahnı isə olmadı. Toy ad-havalı mahnıları sevirəm, dinləyirəm, amma hid-paradda görmək istəmirəm. Namiq Qaraçuxurludur da elə hid-paradlarda olan. Doqquzuncu yerdə Samir Piriyevi görürəm. Xatunun "Quzu" mahnısı səkkizinci pillədə olsun. Bu mahnı üçün bu yer bəsdir".
M.Arif müğənni Sevda Yahyayeva ilə Günay İbrahimli arasında seçim edərkən çətinlik çəkib. O, ifaçıların bir-birinə bənzədiyini söyləyib:
"Günay Sevdadan sonra şou-biznesə gəlib. Günayda elə üstünlüklər var ki, Sevdada yoxdur və ya əksinə. "Sən məndən gedən gündən" mahnısını bəyənmədim, bir az zəifdir. Sevdanı altıncı yerdə görürəm. Günayla Sevdanın repertuarında türk musiqisinin bənzərliyi var. Zinet Sali ilə Gülbən Ərgən fanatı kimidilər".
Beşinci pillədə Ayaz Qasımovu görən M.Arif Natavan Həbibiyə hədə-qorxu gəlib:
"Natavan, dördüncü yer sənə yaraşmır. Amma bu mahnı belədir. Başa düşmürəm ki, mənim Natavanda bir mahnım var. Gözəl mahnıdır, daha neçə mövsüm özündə saxlayacaqsan? Oxuyan çoxdur ha...".
Müğənni həmkarı Elnarə Xəlilova ilə küsülü olduğunu da etiraf edib:
"Dəfələrlə məndən küsüb, haqqı da olub. Məndən soyuqluq hiss edib. Onu üçüncü yerə layiq görürəm. Elşad Xose və Elmir yaxşı oğlanlardır. İndi rep dəbdə deyil. Onu yenidən inkişaf etdirməlidirlər. Onların duetini ikinci yerə layiq görürəm".
M.Arif hit-paradın birinci pilləsinə əməkdar artist Tünzalə Ağayevanı layiq görüb.