Bakıda intihar edən şəxsin meyiti üç gün sonra tapılıb
Tarix: 18-04-2016, 11:24 | Çap et
Bakıda intihar edən şəxsin meyiti üç gün sonra tapılıb
Bakının Nizami rayonunda intihar hadisəsi baş verib.

“Report”un xəbərinə görə, intihar edən şəxsin meyiti üç gün sonra aşkarlanıb.

Hadisə B.Nuriyev küçəsi ev 17-də qeydə alınıb. Həmin ünvanda yaşayan Bakı şəhər sakini, 70 yaşlı Akif Ağacanov özünü tavandan iplə asaraq intihar edib.

Onun meyiti aşkarlandıqdan sonra A.Ağacanovun azı üç gün əvvəl intihar etdiyi məlum olub.
Faktla bağlı Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq davam edir.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net