Tərtər atəşkəsdən sonra - Fotolar
Tarix: 18-04-2016, 10:22 | Çap et
Tərtər atəşkəsdən sonra - Fotolar
Erməni hərbi birləşmələri tərəfindən atəşkəs rejiminin tez-tez pozulmasına baxmayaraq, Tərtərdə həyat öz axarı ilə davam edir. Tikinti, abadlıq və quruculuq işləri aparılır, yaşıllıqlar salınır, infrastruktur layihələri həyata keçirilir.

Vertikal.az xəbər verir ki, hazırda Tərtər şəhərində 100 yerlik uşaq bağçasının, şahmat məktəbinin, Kənd Təsərrüfatı İdarəsinin inzibati-laboratoriya binasının tikintisi, “Tərtər şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi”nin icrası uğurla davam etdirilir. Şəhərinin H.Əliyev prospektinə, F.Qulami, Ş.Qurbanov. R.Mürsəlov, E.Hüseynov küçələrinə, həmçinin Tərtərdən Şıxarx qəsəbəsinə gedən yola asfalt-beton örtüyü salınır. Şəhərdə çoxmərtəbəli yaşayış binalarının fasadları və daxili hissələri suvanıb rənglənir.

Tərtər çayı sahilində 2,5 hektar ərazidə yeni parkın salınması üçün hazırlıq işləri aparılır. Artıq parkın salınacağı ərazi təmizlənib, hamarlanıb, buradan keçən yüksək gərginlikli elektrik xətti ərazidən kənarlaşdırılıb.

Rayonda ekoloji tarazlığın qorunması da diqqət mərkəzindədir. Tərtər-Bərdə, Tərtər-Ağdam və Tərtər-Gəncə avtomobil yollarının kənarlarında, şəhərin prospekt və küçələrində müxtəlif növ ağac, gül və bəzək kolları əkilir.

Tərtər atəşkəsdən sonra - Fotolar
Tərtər atəşkəsdən sonra - Fotolar
Tərtər atəşkəsdən sonra - Fotolar
Tərtər atəşkəsdən sonra - Fotolar





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net