Cəbhədə daha bir erməni öldürüldü
Tarix: 7-04-2016, 10:01 |
Çap et
Cəbhə xəttində daha bir erməni öldürülüb. ANS PRESS-in erməni syaatlarına istinadla verdiyi məlumata görə, o, ötən gün saat 18 radələrində təmas xəttində ölüb.
Ölən Armen Qasparyan (1974-cü il) müqavilə əsasında erməni ordusunda xidmət edib.
Ötən gecə Ermənistan silahlı qüvvələrinin işağl etdiyi Azərbaycanın Kəbəcər rayonunda da iki erməni hərbçisi məhv edilmişdi.
ANS PRESS-in məlumatına görə, Ermənistanın Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan deyib ki, ölən hərbçilər Suren Arturoviç Aramyan (1997-ci il) və Qriqor Germinoviç Avetisyandır.
Cəbhə xəttində gərginlik aprelin 2-dən etibarən başlayıb. Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, aprelin 5-də saat 12.00-dan etibarən Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində tərəflərin razılığı ilə əməliyyatlar dayandırılıb.