Atəşkəslə bağlı razılıq Moskvada əldə edilib - Ohanyan
Tarix: 6-04-2016, 12:17 |
Çap et
Azərbaycan-Ermənistan cəbhə xəttində atəşkəsin əldə edilməsi ilə bağlı razılıq Moskvada əldə edilib.
“Qafqazinfo” xəbər verir ki, belə bir açıqlama ilə Ermənistan Müdafiə naziri Seyran Ohanyan çıxış edib. Onun sözlərinə görə, razılığa dünən Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəislərinin Moskva görüşləri zamanı gəlinib.