Dələduzluqda ittiham olunan qadın yenidən məhkəmədə
Tarix: 6-04-2016, 12:11 | Çap et
Dələduzluqda ittiham olunan qadın yenidən məhkəmədə
Bakı Apellyasiya Məhkəməsində dələduzluqda ittiham olunan Bakı şəhər sakini Roza Abbasovanın apellyasiya şikayəti üzrə hazırlıq iclası keçirilib. Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Faiq Qasımov sədrlik edib. Prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası aprelin 12-nə təyin edilib.

Qeyd edək ki, Roza Abbasova "Sədərək Ticarət Mərkəzi"ndə ticarətlə məşğul olub. O, birlikdə işlədiyi tanışlarının etibarından sui-istifadə edərək 143 min manat pul alıb. R.Abbasova vəd edib ki, Türkiyəyə gedərək onlara satmaq üçün mal gətirəcək. Amma R.Abbasova mal gətirməyib və tanışlarından aldığı pulu qaytarmayıb. İş üzrə 15 nəfər zərərçəkən kimi tanınıb.

O, Cinayət Məcəlləsinin 178.3.2- ci (dələduzluq, külli miqdarda ziyan vurmaq) maddəsi ilə ittham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Abbasova 9 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan R.Abbasova apellyasiya şikayəti verib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net