Neftin qiyməti Doha görüşündən sonra arta bilər
Tarix: 6-04-2016, 11:42 | Çap et
Neftin qiyməti Doha görüşündən sonra arta bilər
Mərkəzi Parisdə yerləşən "Kepler Cheuvreux" investisiya şirkəti son günlər maliyyə bazarlarında neft hasilatçısı ölkələrinin Doha sammitinin nəticələri ilə bağlı yaranan pessimist əhval-ruhiyyəyə baxmayaraq, öz optimist mövqeyini qoruyub saxlayır. "Report" xəbər verir ki, şirkətin neft-qaz sektoru araşdırmaları sahəsinə rəhbərlik edən Bertran Xodinin fikrincə, İranın sammitdə iştirakı olmadan görüşdə razılaşma əldə edilmə şansı 60%-ə yaxındır. Belə olduğu halda, "Kepler Cheuvreux" neft bazarının 2017-ci ilin II rübünə qədər tarazlıq əldə edəcəyini, neft qiymətlərinin yaxın 12 ayda 50 dollar/barelə qədər artacağını ehtimal edir.

B.Xodi qeyd edib ki, İranda görüşdə iştirak edərsə, neft bazarında disbalans bu ilin son rübündə aradan qalxa bilər. Lakin şirkət bu ehtimalın 15% olduğunu bildirib. Görüşdən heç bir müsbət nəticənin əldə edilə bilməməsi ehtimalı isə 25% müəyyən edilib ki, belə olduğu halda neft qiymətlərinin 30 dollar/barelə qədər geriləməsi qaçınılmazdır.

Qeyd edək ki, "Brent" markalı neftin qiyməti dünən, aprelin 5-də ABŞ-da xam neft ehtiyatlarının 4,3 mln. barel azaldığı açıqlandıqdan sonra 37,27 dollar/bareldən 38,55 dollar barelə, yəni 3,4% artıb.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net