Azərbaycan millisi İngiltərə ilə qarşılaşacaq
Tarix: 30-03-2016, 13:32 | Çap et
Azərbaycan millisi İngiltərə ilə qarşılaşacaq
16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu il daha bir turnirdə iştirak edəcək. Bu barədə apasport.az saytına məlumatı millinin baş məşqçi Rafiq Mirzəyev deyib.

Bu yaxınlarda Maltada təşkil edilən turnirə qatılan yeni yaranmış millimiz oktyabrda Rumıniyaya səfər edəcək. Mirzəyev orda meydan sahibləri ilə yanaşı, İngiltərə və Avstriyanın U-16 yığması ilə qarşılaşmalarda yetirmələrini sınayacaq.

Baş məşqçi bununla kifayətlənmək niyyətində deyil. O, turnirə qədər daha bir neçə görüşün təşkilinə çalışacaqlarını söyləyib.

Qeyd edək ki, millimiz Maltada keçirilən turnirdə meydan sahibləri ilə yanaşı, Lixtenşteyn və Belarusla qarşılaşıb, yarışı 3-cü pillədə başa vurub.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

Vertical on LinkedIn Vertical on Twitter Facebook Contact us

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net