Aclığa hazır olun – Koreyalı diktator
Tarix: 30-03-2016, 11:17 | Çap et
Aclığa hazır olun – Koreyalı diktator
Şimali Koreya rəhbərliyi ölkə iqtisadiyyatındakı çətin durumu barədə əhalini məlumatlandıraraq onları aclığa hazır olmağa çağırıb.

AzVision.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın “The Telegraph” qəzeti Şimali Koreyanın “Nordon Sinmun” nəşrrinə istinadən xəbər verir.

“İnqilaba gedən yol uzun və çətindir. Ola bilsin ki, biz yenidən bitkilərin kökləri ilə qıdalandıq”, - deyə Koreya qəzeti yazıb.

Məlumatda qeyd olunur ki, ölkə 1994-cü ildə dörd il davam edən aclıq vəziyyəti ilə yenidən qarşılaşa bilər. Həmin vaxt yemək çatışmazlığından 22 milyon əhalinin 0,5 milyonu ölmüşdü.

Britaniya qəzeti vurğulayır ki, Şimali Koreyadakı çətin vəziyyət BMT Təhlükəsizlik şurasının bu ölkəyə qarşı tətbiq etdiyi sərt sanksiyalarla bağlıdır.

Qeyd edək ki, BMT TŞ sanksiyaları Pxenyanın raket sınaqlarına cavab olaraq tətbiq edib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net