Rusiyada daha bir təyyarə qəzası
Tarix: 30-03-2016, 10:15 | Çap et
Rusiyada daha bir təyyarə qəzası
Rusiyada hərbi-təlim uçuşu həyata keçirən “Su-25” tipli təyyarə Primorsk diyarında yerləşən Çerniqovka aeroportunda eniş edən zaman qəzaya uğrayıb.

Vertikal.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Pilot katapulta edib, onun həyatı üçün heç bir təhlükə yoxdur. Uçuş həyata keçirilən zaman təyyarədə silah-sursat olmayıb. Ölən və ya dağıntı yoxdur”, - deyə nazirliyin yaydığı məlumatda bildirilib.

Mənbənin verdiyi məlumata görə, hadisə yerinə Rusiya Müdafiə Nazirliyinin uçuşların təhlükəsizliyi üzrə Komissiyası getməyə hazırlaşır.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net