Gəncə Dövlət Universitetində PUL YIĞIMI başladı
Tarix: 28-03-2016, 15:36 | Çap et
Gəncə Dövlət Universitetində PUL YIĞIMI başladı
İmtahan mövsümünün yaxınlaşması ilə tələbələrin “çətin sınaq” dövrü də yaxınlaşır. Bu sınaqdan üzüağ çıxmaq üçün tələbələrə təkcə yaxşı təhsil yox, həm də dolu cib lazımdır. Hər halda Gəncə Dövlət Universitetində belədir.
Bizimxeber.az-a daxil olan məlumata görə, artıq sözügedən ali təhsil müəssisəsində imtahan oyununa start verilib. Artıq əyani şöbədə təhsil alan tələbələrə bayramdan sonra imtahan mövsümünə hazırlaşması üçün ciddi xəbərdarlıq edilib. Artıq imtahanları “vermək” üçün hər şöbə ilə bağlı ayrıca “qərar” verilib. Devalvasiya isə təkcə bazarlardan yox, bazara çevrilən ali təhsil müəssisələrindən də yan keçməyib.
Əgər devalvasitadan əvvəl əyani şöbənin tələbələri imtahanların hər biri üçün 100 manat ödəməli olurdularsa, indi qiymət artıb. Devalvasiyadan sonra universitetdəki semestr imtahanlarından çıxmaq üçün hər tələbəyə azı 500 manat lazımdır. Əks təqdirdə növbəti mərhələlərdə bu məşləğ üzərinə gələcək “faiz”lə 600-650 manata yüksələ bilər.
Məlumatlara görə, universitetdə tələbələrdən “pul yığımı”na start verlməsi tapşırığı birbaşa rektor tərəfindən verilir. Rektor Yüsif Yusibovun tapşırığı təkcə oxumağa meylli olmayan tələbələri əhatə etmir. “Qaydalar” isitsnasız hər kəsə aiddir- bütün tələbələr imtahanlardan keçmək üçün “yeganə vasitədən” yararlanmalıdırlar. Əks təqdirdə universitet tələbəsi statuslarını riskə atmış olacaqlar.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net