Rauf Mirqədirovun anası oğlunun azadlığa buraxılmasından danışdı - FOTOLAR
Tarix: 17-03-2016, 13:29 | Çap et
Rauf Mirqədirovun anası oğlunun azadlığa buraxılmasından danışdı - FOTOLAR
Bu gün Bakı Apellyasiya Məhkəməsində jurnalist Rauf Mirqədirovun apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb.

Hakim Abid Abdinbəyovun sədrliyi ilə keçirilən məhkəmə prosesində jurnalistlə bağlı yekun qərar elan olunub.

Həmin qərara əsasən, jurnalistə 5 il şərti həbs cəzası verilib.

Jurnalistin anası Rəfiqə İsayeva musavat.com-a oğlunun azadlığa çıxması ilə bağlı duyğularını bölüşüb: "İki ildir ki, gözlədiyim qərar nəhayət, verildi. Hər kəsə təşəkkür edirəm. Prezident Aparatına və İşçi Qrupuna təşəkkür edirəm. Ədalət bərpa olundu. Yanımızda olan mətbuat orqanlarına da təşəkkür edirəm. Çünki daim yanımızda oldular. Bütün valideynlər öz övladlarının azadlıqda olmasını istəyirlər. Nə qədər sevindiyimi ifadə edə bilmirəm. Çox sevinirəm. Allahdan bütün valideynlərə övladlarının sevincini yaşamalarını arzu edirəm".

Rauf Mirqədirovun anası oğlunun azadlığa buraxılmasından danışdı - FOTOLAR
Rauf Mirqədirovun anası oğlunun azadlığa buraxılmasından danışdı - FOTOLAR





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net