"Heç bir jurnalist həbsxana divarları arasında olmasın"
Tarix: 17-03-2016, 12:39 |
Çap et
“Rauf Mirqədirova həmişə azadlıq arzu edirəm. Arzu edirəm ki, heç bir jurnaslit həbsdə yatmasın, heç bir jurnalist həbsxana divarlarında olmasın”.
Bunu Moderator.az-a açıqlamasında "Şərq" qəzetinin baş redaktoru, jurnalist Akif Aşırlı həbsdə olan jurnalist Rauf Mirqədirovun azadlığa buraxılmasına münasibət bildirərkən deyib.
A.Aşırlı bildirib ki, bir həmkar kimi Rauf Mirqədirovun azadlıqda olmasını çox müsbət dəyərləndirir: “Hesab edirəm ki, Rauf Mirqədirov bundan sonra da Azərbaycan jurnalistikasına, mətbuatına öz xidmətlərini, tövhələrini verəcək. Azadlıqda olması münasibətilə Rauf Mirqədirovu təbrik edirəm”.
Qeyd edək ki, Bu gün Bakı Apellyasiya Məhkəməsində həbsdə olan jurnalist R.Mirqədirovun apellyasiya şikayətinə baxılıb. R.Mirqədirov Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 5 il sınaq müddəti olmaqla şərti azadlığa buraxılıb.