“Mən heç vaxt tək yatmamışam” - Xumar
Tarix: 17-03-2016, 12:36 |
Çap et
Müğənni Xumar Qədimova aznews.az-a müsahibə verib.
Vertikal.az-ın məlumatına görə, sənətçi müsahibəsində şou-biznes aləmində daha ciddi görünməyinin səbəbini açıqlayıb:
“Bəlkə özümü çox sevirəm, özümə hörmət edirəm, ona görədir? Hər halda rola girmirəm. Düzdür, hamının xırda-para nöqsanı ola bilər, amma mənə elə gəlir, insanı qoruyub-saxlayan mükəmməlliyidir. Bircə onu bilirəm ki, ən böyük siyasətim elə mahiyyətimdir, özüməm... Bu cür qalmaq isə çox çətindir”.
Xumar Qədimova çarpayıda heç vaxt tək yatmadığını söyləyib:
“Vallah, mən heç vaxt yataqda tək yatmamışam. Bir də görürsən ki, bacımı çağırıb onunla bir yerdə yuxuya gedirəm”.