Zoologiya İnstitutuna yeni direktor təyin edilib
Tarix: 17-03-2016, 12:28 | Çap et
Zoologiya İnstitutuna yeni direktor təyin edilib
AMEA Zoologiya İnstitutunda akademiyanın prezidenti, akademik Akif Əlizadə, akademik-katib Əhliman Əmiraslanovun iştirakı ilə İnstitutun Elmi Şurasının növbəti iclası keçirilib. İnstitutun mətbuat xidmətindən Vertikal.az-a verilən məlumata görə, iclasda institutun direktoru vəzifəsinə yeni namizədin təyin olunması məsələsi müzakirə edilib.

AMEA-nın prezidenti, akademik A.Əlizadənin tövsiyəsi əsasında direktor vəzifəsinə institutun informasiya və innovasiya şöbəsinin müdiri Elman Yusifovun namizədliyi irəli sürülüb.

Elmi Şuranın üzvləri tərəfindən E.Yusifovun Zoologiya İnstitutunun direktoru vəzifəsinə təqdimatı yekdilliklə qəbul olunub və təsdiqlənib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net