Bu şəxslər demokratiya mahiyyətindən xəbərsizdirlər - Sərdar Calaloğlu
Tarix: 17-03-2016, 12:03 | Çap et
Bu şəxslər demokratiya mahiyyətindən xəbərsizdirlər - Sərdar Calaloğlu
Bir qrup müxalifət partiyasının təmsil olunduğu Antiböhran Koalisiyası dünən özünün növbəti iclasını keçirib.

Qurum ötən gün keçirdiyi tədbirə YAP, Milli Şura və Müsavat Partiyasını dəvət etsə də, sadalanan təşkilatların heç biri koalisiyaçıların toplantısına qatılmadı. Məsələ ilə bağlı hafta.az-a açıqlama verən Antiböhran Koalisiyasının üzvü, ADP sədri Sərdar Calaloğlu bildirdi ki, onlar istənilən halda öz iş prinsiplərinə sadiq qalacaqlar:

“Biz müxalifət partiyalarına müraciət edərək, ölkədəki mövcud durumu müzakirə etmək üçün onları debata dəvət etmişdik. Konfliktalogiya elimi sübut edir ki, konfliktlərin əmələ gəlməsinin əsas səbəblərindən biri də, birgə müzakirələrin olmamasıdır. Müzakirələr problemlərin həll olunmasının əsas səbəblərindən biridir. Biz bunu nəzərə alaraq müxalifətdaxili problemləri müzakirə etmək istədik. Demokratiya danışan cəmiyyətdir, fikir mübadiləsi olmalıdır. O adamlar ki, monoloq istəyirlər, bu şəxslər demokratiyanın mahiyyətindən xəbərsizdirlər. Mən o partiyaların qərarına hörmətlə yanaşıram, öz işləridir. Amma görünən odur ki, onlar problemlərin aradan qalxmasında maraqlı deyillər. Hətta bəziləri belə düşünür ki, bu debatlar yeni problemlər yaradacaq. Biz təəssüf hissi keçiririk ki, təklifimizə mənfi cavab verilib. Amma bütün bunlara baxmayaraq, dinləmələrə davam etmək qərarını qəbul etmişik”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net