ANS-in apellyasiya şikayəti təmin edilməyib
Tarix: 17-03-2016, 11:46 | Çap et
ANS-in apellyasiya şikayəti təmin edilməyib
Bu gün Bakı Apellyasiya Məhkəməsində ANS Müstəqil Yayım və Media Şirkətinin Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı daha dörd inzibati iddiasına baxılıb. Lent.az-ın məlumatına görə, keçirilən proseslərdə qərarlar elan edilib. Qərarlara əsasən, ANS-in apellyasiya şikayəti yenə təmin edilməyib. Birinci instansiyanın qərarları dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, MTRŞ 23 dekabr 2015-ci il tarixində inzibati tənbeh vermə haqqında qərarlar çıxarıb. Həmin qərarlardan ANS Səbail Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə həmin qərarları ləğv edərək, inzibati xəta haqqında işə yenidən baxılması üçün Milli Televiziya və Radio Şurasına göndərib. Daha sonra ANS Müstəqil Yayım və Media Şirkəti həmin məhkəmə qərarlarından apellyasiya şikayəti verib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net