Eks-məsləhətçisi Putinin Suriya siyasətini açdı
Tarix: 17-03-2016, 10:02 | Çap et
Eks-məsləhətçisi Putinin Suriya siyasətini açdı
Putinin Suriyadan rus qoşunlarını çıxartması qərarı qəflətən qəbul edilib.

Axar.az xəbər verir ki, bu sözləri öz bloqunda Vladimir Putinin eks-məsləhətçisi Andrey İllarionov paylaşıb. Onun sözlərinə görə, nə Müdafiə naziri Sergey Şoyqu, nə də ki Xarici İşlər naziri Sergey Lavrov bu qərara hazır olublar:

“Qoşunların çıxarılması xəbəri emosional və nümayiş xarakteri daşıyır. Putinin qərarı həmçinin Suriya konfliktində iştirak edən çoxları üçün gözlənilməz oldu. İŞİD, müxalifət üçün bu, xoş təsadüf, Əsəd üçün pis xəbər, ABŞ üçün isə başa düşülməz addım idi. Suriya böhranında görünən bütün oyunçulardan yalnız İran hələ öz səssizliyini qoruyur. Ona görə ki, o bu qərarın niyə qəbul edildiyini bilir. Putinin özünü belə aparmasına səbəb isə İranın Suriyadakı quru əməliyyatlarında iştirakdan çıxması, Rusiya ilə ABŞ-a qarşı əməkdaşlıqdan çəkinməsi, S-300-lərin ödənişi ilə bağlı problemlərin olması, İranın neft hasilatının həcmi ilə bağlı kooperasiyadan imtina etməsidir”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net