Yəmənin raketi ABŞ-ın bir neçə “Avaks” kəşfiyyat təyyarəsini məhv edib
Tarix: 14-03-2016, 13:00 |
Çap et
FaktXeber.com-un “Əl-İttihadpress”ə istənadən verdiyi məlumata görə, ötən gün Yəmən ordusunun bu ölkənin Ləhic vilayətində yerləşən “Əl-Ənid” Hərbi Hava Bazasına hücumu işğalçılara ağır xəsarətlə nəticələnib.
Məlumatda bildirilir ki, Yəmən ordusunun atdığı “Qahir-1” tipli raket Əl-Ənid bazasında yerləşən ABŞ-a məxsus “Hell” raket anbarına düşüb. 47 hell raketinin partlaması nəticəsində müxtəlif ölkələrdən olan 48 zabit və əsgər, yüksək texnologiya əsasında hazırlanmış bir neçə “Avaks” (Awacs) kəşfiyyat təyyarələri, habelə Əl-Ənid bazasının əməliyyat otağı tamamilə məhv edilib.