“Təkcə bir sual kifayətdir ki, Ankara terrorunu…”
Tarix: 14-03-2016, 10:57 |
Çap et
Türkiyədə dəhşətli terrorun ilk səbəbi bu dövləti zəiflətmək və diz çökürtməkdir.
Axar.az xəbər verir ki, bu haqda millət vəkili Aydın Mirzəzadə yazıb. Deputat Ankara teraktını şərh edib:
“Türkiyədə dəhşətli terrorun ilk səbəbi bu dövləti zəiflətmək və diz çökürtməkdir. Ankaranın müstəqil siyasəti xaricdə müəyyən dairələrin maraqlarına cavab vermir. “Terrorun olması kimə sərf edir” sualını vermək kifayətdir ki, sifarişçilər ortaya çıxsın. Terrorun Ərdoğanın Azərbaycana səfəri ərəfəsində baş verməsi iki qardaş dövlətin yaxınlığına son qoymaq, onları siyasi cəbhələrin əks düşərgələrinə salmaqdır. Kimlərsə bu iki dövlətin yaxınlığından çox narahatdır. Hesab edirəm ki, Ərdoğan bu dəfə Azərbaycana mütləq gəlməli, iki ölkənin dostluğuna kölgə salanlara cavab verməlidir. Bura da Türkiyədir, burada da terrorda ölənlərin taleyinə acıyan 10 milyon türk var. Biz türk dünyasına hücum çəkənlərə birgə cavab verməliyik”.
Qeyd edək ki, dünən Ankaranın Qızılay meydanında baş verən terakt nəticəsində 34 nəfər ölüb, 125 nəfər isə yaralanıb.