Sankt-Peterburqda Gertsen adına Rusiya Dövlət Pedaqoji Universitetinin yataqxanasının yaxınlığında azərbaycanlı bıçaqlanıb. APA-nın “RusArqument”ə istinadən verdiyi məlumata görə, hadisəni ötən gün axşam Tacikistan vətəndaşı törədib. Münaqişəyə tacikistanlının həyat yoldaşının səbəb olduğu deyilir. Dava zamanı Tacikistan vətəndaşı azərbaycanlını bıçaqla yaralayıb, xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib.
Tacikistan vətəndaşı hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Hadisənin təfərrüatı araşdırılır.

