Azərbaycanda kişini bıcaqlayıb cəsədini maşınından uzağa atdılar
Tarix: 14-03-2016, 10:26 | Çap et
Azərbaycanda kişini bıcaqlayıb cəsədini maşınından uzağa atdılar
Tovuz rayonunda qətl hadisəsi baş verib. Rayonun Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə rayonun Aşağı Quşçu kəndində qeydə alınıb. Kənd sakini, 1956-cı il təvəllüdlü Qulu Hümbət oğlu Alımədətovun üzərində zorakılıq əlaməti olan meyiti kənd ərazisində, avtomobili isə Qovlar qəsəbəsi ərazisində tapılıb. Onun bıçaqlanaraq qətlə yetirildiyi bildirilir.

Dünyasını dəyişən 60 yaşlı kişi şəxsi maşını ilə Tovuz-Bakı reysi ilə sərnişindaşıma xidməti ilə məşğul olurmuş. Mərhumun 3 övladı olub.

Faktla bağlı Tovuz rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Qətlə görə hələlik saxlanılan yoxdur.

Ölkə ərazisində sonuncu qətl hadisəsi 4 gün əvvəl Bakıda qeydə alınıb. Sabunçu rayonunun Maştağa qəsəbə sakini 1986-cı il təvəllüdlü İlham Tahir oğlu Ağayev qəsəbə ərazisindəki 14 saylı təcili tibbi yardım stansiyasının qarşısında aralarında yaranan mübahisə zəminində həmyerlisi Şəhriyar Abbasquliyev tərəfindən bıçaqlanaraq qətlə yetirilib.

Hadisəni törətməkdə şübhəli bilinən Ş. Abbasquliyevin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net