Fil Dişi Sahilində törədilən terror aktına görə Əl Qaidə təşkilatı məsuliyyəti öz üzərinə götürüb.
Axar.az xəbər verir ki, bu barədə məlumat verən ölkə Prezidenti Lassana Uattara terror aktı nəticəsində 14-ü mülki şəxs olmaqla 16 nəfərin həlak olduğunu açıqlayıb.
Ölənlərdən ikisi Almaniya və Fransa vətəndaşıdır.
Xatırladaq ki, hadisə Qrand-Bassam şəhərində yerləşən bir oteldə baş verib.

