Rusiyanın Kiyevdəki səfirliyini yandırmaq istədilər
Tarix: 10-03-2016, 12:39 |
Çap et
Kiyevdə bir neçə nəfər Rusiya səfirliyini yandırmağa cəhd edib.
Aznews.az TASS agentliyinə istinadən xəbər verir ki, martın 9-dan 10-a keçən gecə bir neçə nəfər Rusiya Federasiyasının Kiyevdəki səfirliyinin binasına yandırıcı qarışıqla dolu butulkalar atıb. Məlumata görə, səfirliyə “Molotov kokteyli” atan şəxslər artıq saxlanılıblar.
Kiyevdəki RF səfirliyi hadisə ilə bağlı heç bir şərh verməyib.
Xatırladaq ki, martın 6-dan Rusiyanın Kiyevdəki səfirliyi və Lvovdakı Baş Konsulluğu önündə aksiya keçirilir. Aksiya iştirakçıları səfirlik və konsulluq binalarını yod flakonları, daş və yumurta atəşinə tuturlar. Aksiyalar Rusiyada jurnalist ölümündə ittiham olunan ukraynalı pilot Nadejda Savçenkoya dəstək məqsədilə keçirilir.