Dubayı su basdı
Tarix: 10-03-2016, 12:07 | Çap et
Dubayı su basdı
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu Dabi və ölkənin ən böyük şəhəri Dubayda dunən qasırğa, tufan olub və leysan yağıb.

Milli.az Al Jazeera-ya istinadən bildirir ki, şəhərlərin küçələrini su basıb. Külək binalara və avtomobillərə ziyan vurub.

Dünən Dubayda və Əbu Dabidə təhsil müəssisələri, bir sıra ticarət mərkəzləri, birja və fond bazarı bağlanıb. Əbu Dabinin beynəlxalq hava limmanında bütün reyslər təxirə salınıb. Beynəlxalq aviasərgidə isə qasırğa bir neçə təyyarəni əzib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net