`Tramp ABŞ prezidenti olmalıdır` - Colinin atası
Tarix: 10-03-2016, 11:48 | Çap et
`Tramp ABŞ prezidenti olmalıdır` - Colinin atası
Dünya şöhrətli aktrisa Ancelina Colinin atası Con Voyt ABŞ prezidentliyinə Respublikaçılar partiyasından namizəd olan milyarder Donald Trampı dəstəklədiyini açıqlayıb.

AzVision.az-ın məlumatına görə, C. Voyt müsəlmanlara və miqranlara qarşı sərt fikirlər səsləndirən D. Trampın ABŞ-ın problemlərini həll edəcəyini deyib və hamını ona dəstək olmağa çağırıb

“Donald çox sevimli, zarafatcıl, rəngarəng və səmimi insandır. Hələ prezidentliyə namizədəliyini verən zaman onun Amerikanı əvvəlki gözəl günlərinə qaytaracağına inanırdım. O, xalqı da buna inandıra bilib. Donald prezidentliyə ən uğurlu namizəddir”.

Qeyd edək ki, Ancelina Colinin atasi Con Voyt bundan öncəki açıqlamasında ABS prezidenti Barak Obamani satqınlıqda ittiham etmişdi.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net