İŞİD üzvlərinin dosyesi AÇIQLANDI – Azərbaycanlılar da var
Tarix: 10-03-2016, 10:55 |
Çap et
Böyük Britaniyanın “SKY News” telekanalı 22 mindən artıq İŞİD döyüşçüsünün şəxsi dosyesinin yer aldığı gizli sənədlərin onların əlinə keçdiyin xəbər verib.
Modern.az telekanalın rəsmi internet səhifəsinə istinadla xəbər verir ki, gizli məlumatın sızdırılması qruplaşmanın keçmiş üzvünün İŞİD-in daxili polisinə məxsus fleş-kartı oğurlaması hesabına başa gəlib.
Özünü Əbu Həmid kimi təqdim edən keçmiş İŞİD-çi qruplaşmanın əsl İslamdan uzaqlaşdığını deyib. O, Türkiyə ərazisində “SKY News” əməkdaşları ilə görüşdə qruplaşma üzvlərinin tədricən Rakka şəhərini tərk etdiyini və Suriya səhrasına doğru getdiklərini bildirib.
Telekanala ötürülən gizli sənədlərdə 22 min İŞİD üzvünün adları, ünvanları, telefon nömrələri, ailə üzvləri barədə məlumat və s. yer alıb.
Dosyedə 51 ölkədən, Liviya, Əfqanıstan, Misir, İordaniya, Türkiyə, Səudiyyə Ərəbistanı o cümlədən Azərbaycandan olan döyüşüçlərin şəxsi məlumatları yer aldığı bildirilir.
Eyni zamanda siyahıda ABŞ, Kanada və Qərbi Avropa ölkələrindən olan döyüşçülərin də şəxsi məlumatları var.
“Sky News” telekanalı məxfi məlumatları Britaniyanın Mi-6 və Mi-5 kəşfiyyat xidmətlərinə ötürüb.