Bakının mərkəzində özünü yandıran şəxslə bağlı YENİ XƏBƏR
Tarix: 10-03-2016, 10:48 | Çap et
Bakının mərkəzində özünü yandıran şəxslə bağlı YENİ XƏBƏR
Dünən sübh saatlarında Filarmoniya bağında özünü yandıraraq intihar edən şəxsin kimliyini müəyyənləşdirmək hələ də mümkün olmayıb. Lent.az xəbər verir ki, 40-45 yaşlı həmin şəxsin bədəninin demək olar ki bütün hissəsi, eləcə də sifət nahiyəsi yandığından onun şəxsiyyətini müəyyənləşdirmək çətinləşib. Həmçinin intihar edən şəxsin paltarının qalıqları arasında onun sənəndlərini və ya sənəd qalığını da tapmaq mümkün olmayıb.

Bildirilir ki, metronun "İçərişəhər" stansiyası yaxınlığına, Filarmoniya bağına gələrək üstünə benzin tökən həmin şəxsin əynindəki paltarlar çox nazik olub. Bu səbəbdən onun bədəni qısa zamanda tamamilə yanıb.

Hadisə vaxtı, yəni dünən saat 05:20 radələrində Filarmoniya bağında kimsə olmadığından və köməyə gələn şəxslər su, torpaq kimi yanğınsöndürmə vasitələri tapa bilmədiyindən həmin şəxsə kömək etmək mümkün olmayıb.

Araşdırmalar davam etdirilir.


*****

9 mart

Bu gün səhər saatlarında Bakının mərkəzində, Filarmoniya bağında üstünə benzin tökərək özünü öldürən şəxs vəfat edib. Lent.az-ın məlumatına görə, 40-45 yaşlı həmin şəxsin xəsarətləri ağır olduğundan onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Səbail rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb. İntihar edən şəxsin kimliyini müəyyənləşdirmək hələlik mümkün olmayıb. Araşdırmalar davam etdirilir.

*****

10:14

Bu gün səhər saatlarında Bakının mərkəzində intihara cəhd olub. Lent.az-ın məlumatına görə, Bakı Metropoliteninin “İçərişəhər” stansiyasının yaxınlığında, Filarmoniya bağında şəxsiyyəti hələlik məlum olmayan 40-45 yaşlı kişi üstünə benzin tökərək özünü yandırıb.

O, xəstəxanaya yerləşdirilib.

Özünü yandıran şəxsin kimliyinin müəyyənləşdirilməsi istiqamətində iş aparılır.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net