Şimali Koreya 2 ballistik raketini sınadı
Tarix: 10-03-2016, 10:11 | Çap et
Şimali Koreya 2 ballistik raketini sınadı
Koreya Xalq Demokratik Respublikası (KXDR) dəniz sularında iki yaxın mənzilli ballistik raketi ilə sınaq atışı həyata keçirib.

Modern .az xarici KİV-nə istinadən xəbər verir ki, ballistik raketlər Şimali Koreyanın şimal əyaləti olan Xuanxedən Şərqi Çin dənizi istiqamətinə atılıb.

Atılan raketlər təxminən 500 kilometr məsafəni qət edə bilib. Qeyd edək ki, artıq neçə gündür ki, Şimali Koreya lideri Kim Çen In ABŞ-ın Şimali Koreyanı təhdid edəcəyi halda oranı nüvə zərbələri ilə məhv edəcəyi haqqında açıqlamalar verir.

Hətta dünən ölkə prezidenti Şimali Koreya nüvə alimlərinin hazırladığı kiçik nüvə başlıqlarının təqdimatını da keçirib. BMT Təhlükəsizlik Şurası bu ilin yanvarında Pxenyanın nüvə sınağına cavab olaraq KXDR-ə dair sanksiyaların sərtləşdirilməsi haqqında qətnamə qəbul edib.

2006-cı ildən indiyə qədər Şimali Koreya artıq dörd nüvə sınağı keçirib və proqramı bitirməkdən imtina edir.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net