Vaqif Əsədov sürücüləri qorxuya düşməməyə ÇAĞIRDI
Tarix: 9-03-2016, 13:22 | Çap et
Vaqif Əsədov sürücüləri qorxuya düşməməyə ÇAĞIRDI
““İ-patrul” sistemi gün ərzində orta hesabla 800-ə yaxın elektron protokol tərtib edir. Avtopatrul maşınlarına quraşdırılmış “i-patrul” sistemi təhlükəsizliyin təmin edilməsində çoxfunksiyalıdır, bütövlükdə gördüyü işlərin hər biri avtomatıdır”

Bu haqda Modern.az saytına Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov məlumat verib. O deyib ki, sürücülər bundan qorxuya düşməsin.
“Ən çox tərtib edilən protokollar arasında dayanma-durma, sürət həddinin aşılması, əks istiqamətli yol zolağına daxil olma, yol ayrıcılarını keçmə qaydalarının pozulmasıdır.

Həmçinin ötən həftə sükan arxasında telefonla danışan 3 sürücü barədə informasiya daxil olmuşdu. Sürücü əks istiqamətli yol zolağı ilə hərəkət edərkən telefonla danışarkən “i-patrul” sistemi onu qeyd etmişdi. Diqqətinizə çatdırım ki, sistem 500 metr məsafəni görür, 100 metr məsafədən isə yaddaşda saxlamaq qabiliyyəti var.

O ki qaldı cərimələrin artırılmasına, 1 mart tarixindən qüvvəyə minən İnzibati Xətalar Məcəlləsində göstərilənlər olduğu kimi durur. Yəni, cərimələrin artırılması ilə bağlı heç bir informasiya yoxdur”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

Vertical on LinkedIn Vertical on Twitter Facebook Contact us

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net