İlham Əliyev Boris Tadiçlə görüşdü
Tarix: 9-03-2016, 12:43 |
Çap et
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 9-da Serbiya Respublikasının keçmiş Prezidenti Boris Tadiçi qəbul edib.
Axar.az xəbər verir ki, görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən qısa vaxt ərzində böyük işlər görüldüyü və bu qurumun mühüm beynəlxalq təşkilata çevrildiyi məmnunluqla qeyd edilib, Mərkəzin təşkil etdiyi Qlobal Bakı Forumunda müzakirə olunan məsələlərin beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından önəmi vurğulanıb, ölkəmizin təbliğində Forumun əhəmiyyətindən danışılıb.