Lent.az-ın məlumatına görə, "Sönməyən ulduzlar", “Düz üzünə", “Səbəbkar" kimi reytinqli layihələrin müəllifi və aparıcısı bundan sonra ANS televiziyasında çalışacaq.
İ.İsaqın hazırladığı yeni veriliş həftənin 5 günü canlı olaraq yayımlanacaq.
Telejurnalist ATV-ni tərk etməsinə kanal rəhbərliyi ilə aralarında yaşanmış münaqişənin səbəb olması ilə bağlı deyilənlərə də münasibət bildirib. O, bunu şayiə adlandırıb.
İradə İsaq ANS telekanalından daha maraqlı təkliflər aldığını və bu təklifi dəyərləndirmək istədiyi üçün ATV-dən ayrıldığını söyləyib.