Bu ölkədə azərbaycanlıya soyadsız yaşamağa icazə verildi
Tarix: 9-03-2016, 11:59 | Çap et
Bu ölkədə azərbaycanlıya soyadsız yaşamağa icazə verildi
Rusiyada milliyətcə azərbaycanlı olan vətəndaşla bağlı maraqlı hadisə baş verib.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Kalininqrad şəhərinin Moskovski rayin məhkəməsi 1957-ci il təvəllüdlü Etibar adlı azərbaycanlının soyadı olmadan yaşamasına icazə verib.
Bakıda anadan olan Etibarın doğum şəhadətnaməsində və hərbi biletində onun soyadı göstərilməyib. Sonradan Rusiyaya köçən Etibar 2003-cü ildə Murmansk vilayətində Rusiya vətəndaşlığı alıb.

Maraqlıdır ki, nə şəxsiyyət vəsiqəsində, nə də ki, xarici pasportunda soyadı yazılmayan azərbaycanlı bütün bu illəri maneəsiz həyat sürüb.

Lakin 2013-cü ildə həyat yoldaşı vəfat etdikdən sonra Etibar ona miras qalan mənzili və pul əmanətini almaq istəyərkən soyadının olmamasına görə problemlə üzləşib.

“Notarius pasport və doğum şəhadətnaməsində soyadın göstərilmədiyi üçün vətəndaşın vərəsəlik hüququnun olmadığı barədə qərar vermişdi. Buna görə azərbaycanlı məhkəməyə müracitət edib”-deyə Moskovski rayon məhkəməsinin hakim köməkçisi Olaq Kotova deyib.

Məhkəmə Etibara soyadsız yaşamağa icazə verib və onun bütün hüquqlarını təmin edibQərar Rusiya Mülki Məcəlləsinə və beynəlxalq konvensiyalara əsasən atılıb.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net