Özcan Deniz Bakıya gələsi olmadı
Tarix: 9-03-2016, 11:48 |
Çap et
Türkiyəli rejissor, aktyor Özcan Denizin çəkdiyi “Her şey aşkdan” filminin Bakıdakı qala gecəsi təxirə düşüb.
Axşam.az-ın məlumatına görə, bu haqda tədbiri təşkil edən Nizami Kino Mərkəzindən xəbər verilib.
Aktyorların və yaradıcı heyətin Bakıya gəlməməsinin səbəbi kimi onların iş qrafiki göstərilib. Belə ki, işləri çox olan heyət Azərbaycan səfərindən imtina edib.
Qeyd edək ki, filmin rejissoru Özcan Dənizlə yanaşı, aktyorlar Şükrü Özyıldız və Hande Doğandemirin də paytaxtımıza gələcəyi deyilirdi.