Rusiya məhkum sayına görə Avropa lideridir
Tarix: 9-03-2016, 11:45 | Çap et
Rusiya məhkum sayına görə Avropa lideridir
Avropa Şurası qitə ölkələrindəki qadın həbsxanaları ilə bağlı xüsusi hesabat yayıb. Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, Azərbaycan 100 min nəfər vətəndaşa düşən məhkum sayına görə (238 nəfər) Avropada 3-cü pillədə qərarlaşıb.

Məhkum sayına görə, Rusiya 1-ci (467), Litva 2-ci (305), Gürcüstan 3-cü (227,9 nəfər), Estoniya 5-ci (225 nəfər) və Ukrayna 6-cı (204 nəfər) pillədə qərar tutub.

Avropa Şurasının məlumatına görə, Rusiya 100 min nəfərə düşən narkotiklə bağlı cinayətlərə görə də Avropa lideridir. Bu statistikada 2-ci yeri Gürcüstan, 3-cü yeri isə Azərbaycan tutur.

Avropada 100 min nəfərə düşən ortalama məhkum sayı 124, məhkumlar arasında ölüm halları isə 10 min nəfərə 28 ölüm epizodundan ibarətdir.

Rusiya Penitensiar Xidmətə ildə 6,4 milyard avro vəsait xərcləyib və bu göstəriciyə görə də liderdir.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net