Aktyorun son sözü: `Məni tək qoymayın, ölmək istəmirəm`
Tarix: 7-03-2016, 17:19 | Çap et
Aktyorun son sözü: `Məni tək qoymayın, ölmək istəmirəm`
Xəbər verdiyimiz kimi, bu gün tanınmış aktyor Arif Qasımov vəfat edib.

Aktyorun həyat yoldaşı Sevil Qasimova AzVision.az-a açıqlamasında A.Qasımovun 7 il əvvəl insult keçirdiyini bildirib.

“7 il bundan öncə həyat yoldaşım insult keçirmişdi. Həmişə onun səhhətini nəzarətdə saxlayırdım. Xəstəliyi ilə bağlı harasa tək getməyə qorxurdu. Dünən axşam onu bulvara gəzməyə apardım. Gəzdik. Axşam gəldi yuyundu, sonra mənimlə söhbət etdi.

Səhər saat 5-də məni çağırdı ki, “Sevil, gəl yanıma, yıxılmışam“. Tez yanına qaçdım. Həkim və qonşuları çağırdım. Təzyiqi 200-ü keçmişdi. Başladı çabalamağa. Elə çabalayırdı ki, onu dayanadıra bilmirdik. Səhər saat 7-dən sonra isə komaya düşdü. Günortaya doğru isə həyat yoldaşım keçindi. O, canını tapşıranda dedi ki, “məni tək qoymayın, ölmək istəmirəm“.

Mən bütün jurnalistləri onun sabah keçiriləcək yas mərasiminə dəvət edirəm. Qoy, onun ruhu şad olsun, hörmətli dəfn olunsun. O illərdir bu sənətdə çalışıb, əziyyət çəkib”,-deyə Sevil Qasimova söyləyib.

Qeyd edək ki, A.Qasımov 1950-ci ildə anadan olub. O, 30-dən çox televiziya tamaşası və bədii filmlərdə irili-xırdalı rollar ifa edib. Azərbaycan Dövlət Televiziyasının “Uşaq və gənclər” redaksiyasında çalışıb. O, “Milli bomba”, “İstanbul reysi”, “Yerlə göy arasında” və başqa filmlərdə müxtəlif obrazlar yaradıb.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net