Azərbaycan əsgərləri Gürcüstan dağlarında
Tarix: 7-03-2016, 13:08 | Çap et
Azərbaycan əsgərləri Gürcüstan dağlarında
NATO və tərəfdaş ölkələrin hərbçiləri Gürcüstanda dağ təlimləri keçirlər. ANS PRESS-in məlumatına görə, bu barədə Gürcüstanın Müdafiə Nazirliyinin rəsmi saytında məlumat verilib. Qeyd olunur ki, NATO-nun sülh naminə tərəfdaşlıq proqramı çərçivəsində Bakurianidə qış dağ hazırlığı kursu keçirilir.

Polkovnik Besika Kutateladze adına dağ hazırlığı məktəbinin təlimlərində Şimali Atlantika Alyansının (NATO) üzvləri və tərəfdaşları iştirak edirlər.

Türkiyə, Litva, Latviya, Polşa, Ukrayna, Ermənistan və Azərbaycandan olan hərbçilərə xizək sürmək və s. kimi təlimlər öyrədirlər.

Kritik vəziyyətlərin öyrənilməsi məqsədilə kurs iştirakçıları üçün idarəçilik ssenarisini qurulub. Həmin ssenariyə əsasən insan uçqun altında qalır və digərləri də onu xilas edirlər. Onlar, hətta, gecəni qar evində keçirməli olublar.

"Qış şəraitində üç min metr hündürlükdə bizim sağlamlıq vəziyyətimizi bilmək lazımdır. Latviyada Gürcüstandakı kimi belə yüksək dağların yoxdur, amma bu kurslarda öyrəndiklərim bacarıqlar mənə hərbi karyeramda mütləq lazım olacaq”, - deyə müdafiə akademiyasının sıravi əsgəri, Latviyadan olan Kristian Şaklist bildirib.

Kursun sonunda hərbçilərin hərbi ali texniki və fiziki imkanları sınaqdan keçiriləcək. Bu sınağı uğurla başa vuranlara sertifikatlar, döş nişanları veriləcək.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net