Aygün Kazımova ölümdən döndü
Tarix: 7-03-2016, 12:20 |
Çap et
Elə bir əməliyyat idi ki, yeriyə bilmirdim.
Axar.az xəbər verir ki, bu sözləri xalq artisti Aygün Kazımova səhhəti haqda “ATV maqazin onlarla” verilişində danışarkən deyib. O, ölümdən döndüyünü bildirib:
“Əməliyyat keçirdim, çox uğurlu oldu. 1 həftədən sonra məni evə buraxdılar. Əməliyyatdan sonra İstanbuldakı evimdə qalırdım. Axşamlar qızdırmam qalxmağa başlayırdı. İsti geyinirdim, qalın yorğana bürünürdüm, amma yenə də üşüyürdüm. Elə bir əməliyyat idi ki, yeriyə bilmirdim.
Bir addım atmaq belə mənə çox ağır gəlirdi. Amma heç kimə demirdim. Səhər məni yuxudan ayıldanda gördüm yerim qan içindədir. İlqarə İstanbulda idi və bir gün sonra Bakıya dönməli idi. Dedim, məni ona göstərməyin. Üstümün qanını təmizləyəndə qızım gördü. Məni məcbur elədi ki, həkimə zəng edim. Bezmişdim xəstəxanadan. Baş həkimə zəng etdim, dedi, şəklini çək, at mənə. Şəkli göndərdim, görən kimi məni təcili xəstəxanaya çağırdılar. Həkimlər məni soyunduranda gördüm ki, bədənim qapqaradır. Ağ dəri bütün qara, qırmızı, göy ləkələrlə örtülmüşdü. Xəstəxanada hamı bir-birinə dəydi. Sən demə, daxili qanaxma baş verib. Yaxşı ki, bu, üzə vurub çıxıb. Əgər qan üzə çıxmasaydı, o dəqiqə zəhərlənmə və ölüm!”