NATO-dan qalmaqallı açıqlama - "Rusiya Merkeli devirmək istəyir"
Tarix: 7-03-2016, 10:57 | Çap et
NATO-dan qalmaqallı açıqlama - "Rusiya Merkeli devirmək istəyir"
NATO Rusiyanın Avropa Birliyinin əsas fiqurlarından olan Almaniya kansleri Angela Merkeli devirmək istədiyini açıqlayıb.

Avropa.info xəbər verir ki, NATO Rusiyanın Avropadakı qaçqın əleyhdarı faşist qruplardan istifadə edərək Rusiyaya qarşı sanksiyaları müdafiə edən Merkeli devirmək istədiyini açıqlayıb.

NATO-nun yüksək rütbəli strateji əlaqə üzrə mütəxəssisi Cenis Sarts Rusiyanın başlatdığı bu informasiya müharibəsi ilə Almaniyadakı qaçqın əleyhdarılarını qızışdıraraq Merkel hökumətini yıxmağa qərarlı olduğu haqda dəlillərinin olduğunu açıqlayıb.

İngiltərənin “Observer” qəzetinə müsahibə verən NATO rəsmisi Rusiyanın almanları Merkelə qarşı gəlməyə təhrik etdiyini vurğulayaraq sözlərinə belə davam edib:

"Rusiya, nəzarət edə biləcəyi bir ictimai şəbəkə qurur. Bu qrupların əli ilə qaçqın problemini dərinləşdirmək istəyir. Angela Merkel Rusiyaya qarşı tətbiq olunan sanksiyaların ən böyük müdafiəçisi mövqeyindədir. Rusiya, bu qruplar vasitəsilə Merkelin devrilməsinə yol açacaq bir küçə hərəkatı yaratmağa cəhd edir. Onlar rus dilində danışan şəxsləri istifadə edirlər. Sosial şəbəkələr vasitəsilə təşkilatlanırlar. Cəmiyyəti hərəkətə gətirəcək addımlar atırlar."





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

Vertical on LinkedIn Vertical on Twitter Facebook Contact us

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net