Rusiyadan İrana S-300 zərbəsi
Tarix: 7-03-2016, 10:45 | Çap et
Rusiyadan İrana S-300 zərbəsi
Rusiya regiondakı ən böyük müttəfiqi olan İrana S-300 raket kompleksini satmaq fikrindən daşınıb.
ANS PRESS-in məlumatına görə, bu iddia Küveytin "Əl Ceridə" qəzetində yer alıb. İddiaya görə, Rusiya İrana S-300 sistemini Tehran rəhbərliyinin "Hizbullah"a silah verə biləcəyindən ehtiyat etdiyi üçün bu addımı atıb. Qəzet Rusiya prezidentinin İrana raket sistemini trasfer qəraraını ləğv etdiyini iddia edib.

Bu məsələdə İsrailin də rolu olduğu qeyd edilib. Belə ki, Rusiya və İranın Suriyaya göndərdiyi müasir silahların "Hizbullah"ın əlinə keçməsindən tez-tez narahatalığını dilə gətirən baş nazir Benyamin Netanyahu bir neçə gün öncə açıqlama vermişdi. "İranın Suriya üzərindən Livandakı "Hizbullah"a müasir silahlar göndərməsinə razı ola bilmərik. Qolan təpələrində İsrailə qarşı ikinci cəbhənin yaranmasına göz yummaq olmaz. Bura İsrailin qırmızı cizgisi kimi qəbul edilməkdədir".

Rusiya və İran 2007-ci ildə 800 milyon dollar dəyərindəki S-300 komplekslərinin tədarükünə dair müqavilə imzalayıblar. 2010-cu ildə Birləşmiş Millətlər Təşilatının (BMT) Təhlükəsizlik Şurasının İrana qarşı sanksiyalarından sonra Rusiya bu ölkəyə S-300 kompleksinin satışını dayandırdı. Buna cavab olaraq İran Beynəlxalq Arbitraj Məhkəməsində Rusiyaya qarşı iddia qaldırdı. İran Rusiyandan silah satışına dair müqavilənin şərtlərini pozduğu üçün 4 milyard dollar dəyərində təzminat istəyirdi.

Ötən il noyabrın 9-da isə “Rostex” dövlət konserninin rəhbəri Sergey Çemezov "Dubai Airshow-2015" sərgisində jurnalistlərə açıqlaması zamanı qeyd etmişdi ki, Rusiya müqavilənin şərtlərinin birinci hissəsini yerinə yetirərsə, İran Rusiyaya qarşı məhkəmə iddialarını geri götürəcək.

İran “Altılıq” ölkələri ilə razılaşma imzaladıqdan sonra prezident Vladimir Putin S-300-lərin satışına dair qadağanı ləğv edib. Ötən ilin sonlarından isə Rusiyanın Hava Hücumundan Müdafiə sistemlərinin İrana göndərilməsinə başlayıb.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

Vertical on LinkedIn Vertical on Twitter Facebook Contact us

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net