52 yaşlı kişini öldürüb basdıranlar tutuldu
Tarix: 3-03-2016, 13:31 |
Çap et
Göygöldə bir nəfəri öldürüb , daha sonra kənd ərazisində basdırmaqda şübhəli bilinən şəxslər tutulub. Rayonun polis idarəsindən ANS PRESS-ə verilən məlumata görə, fevralın 25-də itkin düşən Gəncə şəhər sakini 1964-cü il təvəllüdlü Eldar Əliyevin rayonun Balçılı kəndində küt alətlə qətlə yetirilib basdırıldığı barədə polisə məlumat daxil olub.
Müraciəti araşdıran hüquq-mühafizə orqanı əməkdaşları kənd ərazisinə gələrək E.Əliyevin meyitini basıdırldığı yerdən çıxarıblar , müayinə ediblər və öldürüldüyünü müəyyən ediblər.
Həyata keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Balçılı kənd sakinləri Cavid Cəfərov və Cinayət Məcəlləsinin 144 və 182-ci maddələri ilə axtarışda olan Qoçu Kərimov tutulub, digər 2 nəfərin isə kimliyi müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda cinayət işi açılıb, hazırda müəyyən edilən şəxslərin tutulması istiqamətində əməliyyat tədbirləri həyata keçirilir.
Öldürülən şəxsin həmin 4 nəfərlə şəxsi məsələlər səbəbindən mübahisə etdiyi, qətlin də məhz mübahisə zamanı törədildiyi bildirilir.