Rusiya və Suriyaya ittiham
Tarix: 2-03-2016, 10:13 |
Çap et
NATO komandiri xəbərdarlıq edir ki, Rusiya və Suriya qaçqın böhranından Qərbə qarşı “silah” kimi istifadə edir.
ABŞ hava qüvvələrinin generalı, 28 üzvdən ibarət alyansa komandirlik edən Philip Breedlove deyib ki, Suriyadan Avropaya yüz minlərlə miqrantın axını Avropada sabitsizlik yaradıb, Moskvanın əlinə oynayıb.
“Rusiya və Assad rejimi bilərəkdən miqrasiyadan silah kimi yararlanır, Avropa strukturlarını çökdürməyə çalışır”, Breedlove deyib.
“Qaçqınları digərlərinin probleminə çevirməklərinə başqa səbəb görmürəm. Bu, Avropa ölkələrinə böyük təzyiq yaradır”, general bildirib.