Tolik İlhamədən yazdı: “Yandırmaq lazımdır” - Foto
Tarix: 29-02-2016, 15:49 | Çap et
Tolik İlhamədən yazdı: “Yandırmaq lazımdır” - Foto
İlhamə Quliyevanın ölümündə bir şeyi anladım ki, vaxtında bunları yandırmaq lazımdır.

Axar.az xəbər verir ki, bu sözləri prodüser Tolik şou-biznesdə birlik olmamasına münasibət bildirərkən İnstaqram səhifəsində yazıb. O, İlhamə Quliyevanın ölümü haqda da fikir bildirib:

“Sənət birlik deməkdir. Amma bizdə o yoxdur. Görün, indiki və ya 40 il bundan əvvəlki müğənnilərin belə fotosu var? Yoxdur. Çünki indi kiminsə başqasının ərində gözü olub, sevgilisini əlindən alıb. Kimsə onun-bunun torbasını tikməyə çalışıb. O vaxtlar bir kanalımız var idi – AzTV. Buradan müğənniləri az uzaqlaşdırıblar? İndi bəzi müğənnilər nəsə etmək istəyir, amma alınmır. Çünki sizin də qatarınız gedib. İndi sizin də sözünüzün kəsəri yoxdur, yalnız ətrafınızdakı tulalara sözünüz keçir. İlhamə Quliyevanın ölümündə bir şeyi anladım ki, vaxtında bunları yandırmaq lazımdır. Çünki onsuz da qabağında əlini öpən insan sən öləndən sonra pisləyəcək. Yaxşılığı başa düşən adama edəsən gərək. Başa düşməyənə isə pislik etmək lazımdır”.

Tolik İlhamədən yazdı: “Yandırmaq lazımdır” - Foto





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net